İxtiraçılıq sahəsində müsabiqələrin təşkilində məqsəd ixtiraçıların innovativ təşəbbüslərini dəstəkləmək, onların bu sahəyə marağını artırmaqdır.
Bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə keçirilən konfransda jurnalistlərə müsahibəsində deyib.
Komitə sədri bildirib ki, bu gün ixtiraların tətbiqi məsələsi də çox vacibdir: “İki il əvvəl komissiya tərəfindən bir ixtira birinci yerə layiq görülüb. Həmin ixtira ölkənin hərbi sənayesində tətbiq olunub”.
Diqqətə çatdırılıb ki, sonuncu ixtiraları seçərkən onun istehsal sahəsində innovativliyinə, sənayedə tətbiqinə də xüsusi diqqət ayrılır və bu yaxınlarda onların tətbiqinə başlanılacaq.
R.Həsənov onu da əlavə edib ki, Azərbaycanda Patent və Əmtəə Nişanları Mərkəzi yaradılıb. Mərkəz ixtiraların kommersiyalaşdırılması məsələsi ilə məşğul olacaq.