Azərbaycan ilə Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib


14931914614259823507_1000x669

Azərbaycan ilə Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Müzakirələr aprelin 26-da energetika naziri Natiq Əliyevin Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih ilə görüşündə aparılıb.

Natiq Əliyev Azərbaycanın və Səudiyyə Ərəbistanının bazarda neftin qiymətinin stabilləşməsi üçün Neft İxrac edən Ölkələr Təşkilatı və bəzi qeyri-OPEC ölkələri çərçivəsində birgə səylər göstərdiyini deyib. Nazir bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Xalid Əl Falih isə Azərbaycanın neftin qiymətinin bahalaşmasını nəzərdə tutan addımlarda iştirakının əhəmiyyətini qeyd edib. Nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

2017-04-26 / 12:24
Facebook