Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.
Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, cari mövsümdə İspaniyada təşkil olunan Avropa kuboku və Mərakeşdə keçirilən açıq Afrika çempionatının qalibi olan R.Pevtsov 2958,29 xalla 16-cı pillədə qərarlaşıb.
Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.