“AzəriLayt”ın bir barreli 53,41 dollara satılır

 

1493183890946351070_1000x669

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 49,52 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar azalaraq 52,09 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 53,41 dollar təşkil edib.

2017-04-26 / 10:17
Facebook