Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində 100-dən artıq idmançı iştirak edəcək

14931175296474927236_1000x669

Aprelin 28-29-da Xırdalanda AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

2017-04-25 / 16:52
Facebook