Mixail Temniçenko: Rusiya şirkəti SOCAR-la neft birjası sahəsində əməkdaşlıqda maraqlıdır

149311620739562785_1000x669

"SPIMEX" şirkəti neft birjası sahəsində SOCAR-la əməkdaşlıqda maraqlıdır.

Bu sözləri aprelin 25-də Bakı Ali Neft Məktəbinin və SOCAR-ın təşkilatçılığı ilə keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft Kimya Forumunda Rusiyanın "SPIMEX" şirkətinin birinci vitse-prezidenti Mixail Temniçenko bildirib.

O, qeyd edib ki, təmsilçisi olduğu şirkət neft birjası sahəsində layihələrlə bağlı SOCAR-la əlaqələr qurmağa hazırdır. Bu məqsədlə SOCAR rəhbərliyi ilə görüşmək, tərəfdaşlıq münasibətləri qurmaq niyyətindəyik.

Qeyd olunub ki, ümumilikdə, SOCAR Rusiyanın neft və neft məhsulları birjasının daimi iştirakçılarından biridir. Bununla yanaşı, hazırda Rusiyada neft birjasında mühüm layihələrə start verilməsi planlaşdırılır. “Bu baxımdan, biz neft sahəsinin ən iri şirkətlərinin, o cümlədən SOCAR-ın sözügedən layihələrə qatılmasında maraqlıyıq”, - deyə M.Temniçenko bildirib.

2017-04-25 / 16:33
Facebook