Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2017” şahmat turnirinin beşinci turuna start verilir.
Beşinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov Pentala Harikrişna (Hindistan), Teymur Rəcəbov isə ingiltərəli Maykl Adams ilə qarşılaşacaq.
Digər görüşlərə gəlincə, ABŞ təmsilçisi Uesli So rusiyalı Vladimir Kramnik, Sergey Karyakin (Rusiya) Bolqarıstan şahmatçısı Veselin Topalov, ukraynalı Pavel Elyanov isə polşalı Radoslav Voytaşek ilə münasibətlərinə aydınlıq gətirəcək.
Dörd turdan sonra Ş.Məmmədyarov 3 xalla turnir cədvəlinin vahid lideridir. V.Topalov, P.Elyanov, M.Adams və V.Kramnik 2,5 xalla 2-5-ci yerləri bölüşürlər. R.Voytaşek, U.So, S.Karyakin və T.Rəcəbovun hesabında 1,5 xal var. P.Harikrişna isə 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.