Azərbaycan bu ilin sonunadək 2 milyardıncı ton neft hasil ediləcək.
Bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə aprelin 25-də Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumunda deyib.
X.Yusifzadə diqqətə çatdırıb ki, 2017-ci il aprelin 1-dək dünya bazarına 443 milyon ton Azərbaycan nefti çıxarılıb. Bunun da 328 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.