Amerikalı musiqiçi, Amerika Muğam cəmiyyətinin sədri Cefri Verbax Bakı Şopinq Festivalının (Baku Shopping Festival) keçirilməsini Azərbaycanın dünyada daha da tanınması istiqamətində lazımlı addım kimi qiymətləndirir.
Uzun illərdir Azərbaycan muğamını ABŞ-da, Kanadada və Avropada təmsil edən, bütün ömrünü milli muğamımıza həsr etmiş Cefri Verbax www.bakushopfest.com saytına müsahibəsində bildirib ki, Bakıda belə bir festivalın keçirilməsindən xəbərdardır və hətta, təklif olunan endirimlərlə də tanış olmağa vaxt tapıb: “Mən çox əlverişli fürsətlər paketi gördüm. Hətta dəbdəbəli otellərə belə endirimlər tətbiq olunub”.
“Ümid edirəm ki Festival öz məqsədinə nail olub və Bakıya minlərlə turist axın edəcək”, - deyə amerikalı muğam ifaçısı qeyd edib.