Sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsir göstərib

14931008312098436_1000x669

Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verib.

Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” adlı seminarda deyib.

“Körfəz ölkələri, eləcə də Çin, Koreya Respublikası, Yaponiya, Malayziya və Sinqapu ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Bu ölkələrin əksəriyyətindən Azərbaycan gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib”, deyə M. Qəhrəmanov vurğulayıb.

2017-04-25 / 12:14
Facebook