Müsəlman ölkələrindən çoxsaylı turist axını halal turizm sahəsinin tətbiqini zəruri edir

14930998355007036361_1000x669

May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm sahəsinin tətbiqini zəruri edir.

Bu sözləri Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tələblərinə həsr olunan seminarda bildirib. N.Tağıyev deyib ki, sözügedən standart halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, otellər, motellər və digər mehmanxana tipli obyektlər üçün "Halal idarə sistemi"ni əhatə edir. "Müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərə uyğun olaraq yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli keçirilməsi üçün standartda bir sıra tələblər öz əksini tapıb. Belə ki, tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanmış yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, işçilər və qadınlar üçün ayrıca su hovuzu və spa xidmətləri göstərilir", - deyə institutun direktoru vurğulayıb.

2017-04-25 / 12:02
Facebook