Natiq Əliyev: Neftin qiymətinin stabilliyini saxlamaq tədbirləri öz bəhrəsini verir

14930992804719262717_1000x669

Bu ilin yanvar ayından başlayaraq, dünya bazarında neftin qiyməti 50-60 dollar arasında stabil olaraq qalır və hesab edirəm ki, bu istiqamətdə görülən tədbirlər öz bəhrəsini verir.

Bu fikirləri aprelin 25-də Bakı Ali Neft Məktəbinin və SOCAR-ın təşkilatçılığı ilə keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunda jurnalistlərə müsahibəsində energetika naziri Natiq Əliyev deyib.

Nazir qeyd edib ki, neftin qiymətinin stabilliyinə nail olmaq istəyiriksə, neftin hasilat səviyyəsini də stabil saxlamalıyıq.

2017-04-25 / 11:50
Facebook