Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

14930359714695846215_1000x669

Aprelin 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildiriblər ki, istiqrazların ümumi həcmi 50 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2018-ci il aprelin 24-dür. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

2017-04-24 / 18:20
Facebook