Mübariz Həmidov: Gənc Tamaşaçılar Teatrı İslam Həmrəyliyi Oyunlarına tam hazırdır

14930320235764643032_1000x669

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində xüsusi repertuarla çıxış edəcək. Belə ki, teatrın may ayı üçün nəzərdə tutulan repertuarına Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri daxil edilib.

Bu barədə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov məlumat verib.

“Mayın 12-dən 22-dək paytaxtımızda baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarında tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün dünya dramaturgiyasının ən məşhur nümunələri ilə yanaşı, Azərbaycan milli dramaturgiyasından da ən gözəl seçmələr təqdim olunacaq. Teatrın yaradıcı kollektivi xarici teatrsevərlər üçün M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyevin “Pəri Cadu”, H.Cavidin “Şeyx Sənan”, M.Makdonaxın “Yalqız Qərb”, “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) və U.Şekspirin “Romeo və Cülyetta” əsərləri əsasında hazırlanan səhnə əsərlərini təqdim edəcək. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bütün yaradıcı və texniki qüvvəsini səfərbər edərək mədəniyyətimizi növbəti dəfə layiqincə təmsil edəcək”, – deyə teatrın direktoru bildirib.

2017-04-24 / 17:12
Facebook