Saxta erməni iddiaları

1915-ci il hadisələri düşmənlə işbirliyi edən, ölkə bütövlüyünə ziyan verən bir toplumun zərərli fəaliyyətinin qarşısını almaq və daxili təhlükəsizlik  məqsədilə başqa ərazilərdə yerləşdirilməsidir. Qeyd edək ki, bu hadisələr zamanı Osmanlı hökuməti tərəfindən idarə olunmayan bəzi fanatiklərin ermənilərə hücumu, həmçinin köç zamanı qarşılaşdıqları çətinliklər ölümlərə səbəb olmuşdur. Digər tərəfdən, rus işğalı və erməni üsyanları səbəbiylə 1914-1915-ci illərdə təxminən 800 min türk də köç etmək məcburiyyətində qalmışdır. Bu köç nəticəsində də minlərlə türk ölmüşdür. Sonradan isə ermənilər bu hadisələri soyqırım olaraq tanıtmağa başlamışlar. Lakin mövcud tarixi dəlillər soyqırım faktını inkar edir. Türkiyə dəfələrlə hadisənin tarixçilər tərəfindən araşdırılması və qiymətləndirilməsi üçün komissiyanın yaradılması təklifiylə müraciət edib. Lakin erməni xislətinə xas olan hay-küyçülük burda da özünü göstərir. Sadəcə quru çıxışlarla , qışqırıqlarla və Qərb dünyasının dəstəyilə soyqırım iddialarından əl çəkmirlər. 1948-ci ildə qəbul edilmiş BMT qərarlarına görə də 1915-ci il hadisələri soyqırım olaraq qəbul olunmamışdır.

Maraqlıdır ki, sözdə soyqırım iddiaları Qərb dünyası tərəfindən məhz uydurulan hadisə baş verən zaman deyil, 50 il sonra 1965-ci ildən qabardılmağa başlamışdır. Sual olunur: bu vaxta qədər ermənilər bu hadisələri niyə görməzdən gəlirdi?Hansı ciddi bir “siyasi təkan” ermənini oyatdı?

Heç kəsə sirr deyil ki, bu gün sivilizasiyalarası mübarizə dini xarakter daşıyır. Dini birlik çox vaxt reallığı inkar etməyə, obyektivlikdən kənar olmağa təsir göstərir. Bunu biz Qərb dünyasının nümunəsində aydın şəkildə görürük. Dünyada islamofobiya düşüncələrini formalaşdırmaq, islam terrorizmi məfhumunu insanların şüuruna yertitmək... Məzlum, köməksiz bir imic yaratmış erməniləri “qorumaq” da xristian dünyasının şəxsi maraqlarından irəli gəlir. Ermənini Qərb üçün maraqlı edən amil də məhz budur: Türk dünyasını, bütövlükdə isə İslam aləmini ləkələmək naminə erməni millətçilərinin müdafiəsində dayanmaq.

Azərbaycan dəfələrlə bədxah erməni əməllərindən əziyyət çəkmiş, erməni vandalizminin şahidi olmuşdur. 1948-1953-cü illərdə, 80-ci illərdə Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi şəkildə köçürülmüş, əksəriyyəti köç səbəbiylə qarşılaşdıqları çətinlikdən, yeni hava şəraitinə uyğunlaşa bilmədiklərindən həlak olmuşdur. Bu həqiqətlər isə bəlkə də çoxlarına sərf etmirdi. Onda bu hadisələrə də soyqırım adı verilməlidir. Çox uzağa getməyək keçən əsrin sonunda baş vermiş dəhşətli “Xocalı faciəsi” də  erməni terrorunun, erməni vəhşiliyinin ənbariz nümunələrindəndir. Lakin, təəsüf ki, beynəlxalq birlik bu mövzuda qətiyyətli mövqe nümayiş etdirmir. Pafos və quru şüarlarla çıxış edən erməni cəlladlarının heç bir fakta əsaslanmayan1915-ci il “soyqırımı” Qərb dünyasına daha inandırıcı gəlir, nəinki 23 il bundan əvvəl bütün dünyanın gözü qarşısında olan Xocalı faciəsi ...


Nailə Məmmədova
Azerbaijan Realities

2015-04-27 / 00:00
Facebook