Respublikamız zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin bununla belə uzun illərdən bəri Azərbaycanın məruz qaldığı bir çox çətinliklərdən törəmiş ekoloji problemləri həll etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi müstəqillik qazandıqdan sonra mühüm vəzifə olaraq qarşıya qoyulmuşdur.
Son dövrdə ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkəmiz həmçinin ekoloji cəhətdən gərgin regionda yerləşir. Buna görə dəson dövrlərdə Azərbaycan ekoloji problemlərin yaratdığı təhlükələrin aradan qaldırılmasında fəallığını artırmışdır. Bunun üçün hətta 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir.
Son illərdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı Azərbaycan Respublikasını bu sahədə ciddi addımlar atmağa sövq etmişdir.
Son dövrlərdə Azərbaycana ekoloji baxımdan faydalı olan yeni texnologiyaların gətirilməsi ölkəmizin ekoloji siyasətinin bir hissəsidir.
Ekoloji təmiz avtomobillərdən olan “Tesla” avtomobillərinin Bakıya gətirilməsi və satışı da ölkəmizin ekoloji tarazlığını qorumaq üçün atılan növbəti addımdır. Belə ki, Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə fəaliyyət göstərən “GreenCar” MMC ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir.
Qeyd edək ki, layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfitəsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Mərkəzdə təqdim olunan elektrikavtomobilləri ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələriilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərir.
Ləman Xəlilova
Azerbaijan Realities