Məlumdur ki, MDB yarandığı zaman bu təşkilata üzv olan dövlətlər iki qrupa ayrılırdı. Birinci qrup MDB-ni SSRİ tipli yeni bir dövlət kimi qəbul etsə də, Ukrayna başda olmaqda digər qrup müstəqil dövlətçilik maraqları ilə seçilirdi. Buna görə də 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova birləşərək GUAM subregional təşkilatını yaratdı. 1998-ci ildə isə Özbəkistanın quruma daxil olması ilə təşkilat GUÖAM adlandırıldı. Lakin 2005-ci ildə Özbəkistanın təşkilatdan ayrıldı.
Mütəxəssislər hesab edir ki, GUAM-ın yaradılmasında əsas səbəblər bunlardır:
Üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirak etməməsi;
Hər birinin ərazisində etnik münaqişələrin mövcudluğu və MDB-nin bu işdəki qeyri-obyektivliyi;
Ölkədaxili, regional və beynəlxalq münasibətlərə baxışların yaxınlığı;
Vahid iqtisadi, sosial və siyasi məqsədlərinin mövcudluğu.
GUAM-ın əsas məqsədi üzv dövlətlər arasında sosial-iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, enerji layihələrinin həyata keçirilməsi, regional təhlükəsizliyə nail olunması, terrorizm, narkoticarətə qarşı birgə mübarizə və s.dir.
15 dekabr 2001-ci il tarixində Bakı rəsmi səfəri zamanı ABŞ-ın müdafiə naziri D.Ramsfeld vurğulamışdır ki, Azərbaycanın Trans-Atlantika məkanına inteqrasiyası GUAM-ın tarixi əhəmiyyətini daha da artırır.
Lakin professor Əli Həsənov bildirir ki, hazırda üzv dövlətlər təşkilatın əhəmiyyətindən, onun görə biləcəyi və planlaşdırdığı inteqrasiya proseslərindən geniş bəhs etsələr də, GUAM çərçivəsində də praktiki sahədə ciddi işin görüldüyü müşahidə olunmur.
Ləman Xəlilova
“Azerbaijan Realities”