Bu gün Azərbaycan-Rusiya ikitərəfli əlaqələri iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə inkişaf etməkdədir. Bununla yanaşı iki ölkə, həmçinin bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində də çoxtərəfli əməkdaşlığı davam etdirir.
Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. Müstəqillik illərində ölkələrimiz arasında ticari-iqtisadi məsələlərə dair 40-dan çox müqavilə imzalanmışdır. 2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi əvvəlki dövrlə müqayisədə 10 faiz artmışdır, həmçinin Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında üçüncü yeri tutmuşdur. Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirmişdir ki, iki ölkə arasında ticarət mübadiləsinin həcmi 2013-cü ilin yekunlarına görə, 3,6 mlrd. dollar təşkil etmişdir.
Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələr iki dövlət arasında imzalanmış aşağıdakı razılaşmalara əsasən qurulmuşdur:
1) Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında 30 sentyabr 1992-ci ildə bağlanmış azad ticarət haqqında Saziş;
2) Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında gəlirlərə və əmlakın artırılamasına dair vergilərə ikili vergi qoyulmasına yol verilməməsi haqqında 3 iyul 1997-ci il tarixli Saziş;
3) 29 noyabr 2000-ci il tarixli qarşılıqlı ticarətdə vasitəli vergilərin alınması prinsipləri haqqında Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında bağlanmış Saziş;
4) Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2002-ci il yanvarın 25-də imzalanmış iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında Saziş;
Bu gün də Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq dinamik inkişaf edir.
Ləman Xəlilova
“Azerbaijan Realities”