Ermənistan 20 il ərzində...

1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən təktərəfli şəkildə keçirilən referendumla müstəqillik qərarı alındıqdan sonra, ilk öncə, yerli əhali öz doğma torpaqlarını tərk etməyə məcbur olmuş, sonra isə Rusiyanın dəstəyi ilə reallaşan erməni işğalları başlamışdır. Bu işğallar Azərbaycan torpaqlarının 20 %-ni itirməsiylə xronikiləşən regional problem olmaqdan keçərək beynəlxalq xüsusiyyət qazanmışdı.

20 ildən artıq davam edən müharibə şəraiti destruktiv mövqe nümayiş etdirən Ermənistan hökuməti üçün daha acı nəticələrə gətirib çıxarır.Yaranmış vəziyyətin gərginliyi erməni ekspertlərini də ölkənin gələcəyi ilə bağlı bədbin proqnozlar verməyə vadar edir. Məsələn, analitik İqor Muradyan prezident Serj Sarkisyanı “Avropa ölkəsinin prezidenti olmaq statusundan imtina edərək ölkəsini bütün dünyanın gülüş hədəfinə çevirmiş, uduzmuş siyasətçi” adlandırır. Ermənistanın uçurumun kənarında dayandığını deyən ekspertin fikrincə, korrupsiyalaşmış Sarkisyan rejiminə qarşı ictimaiyyətin sərt təpkisi olmadan, ölkənin idarəetmə kursunu dəyişmədən Ermənistanı xilas etmək mümkün olmayacaq.

Ermənistanın coğrafi durumu da ordu təminatına xeyli dərəcədə təsir göstərir. Ölkənin dəniz sərhədinin olmaması səbəbindən donanması olmayan Ermənistan ordusu sadəcə quru və hava qüvvələrindən ibarətdir. Ermənistanın ən önəmli proberimdən biri də hərbi büdcə, əsgər maaşıdır. Bu problem ən çox zabit maaşlarının verilməsində və mövcud hərbi texnologiyanın qorunmasında özünü göstərir. Bu, insanların orduya olan inamını azaldan əsas faktordur.

Maraqlıdır ki, daim ərazilərimizə göz dikən, “yersiz gəldi, yerli qaç” prinsipi ilə əzəli torpaqlarımızda məskən salan ermənilər münaqişənin başlama səbəblərindən biri kimi Dağlıq Qarabağda yerli əhalinin yaşayışının düzgün şəkildə təmin olunmadığı,  vəziyyətin ağır olması, ayrıseçlikiyin hökm sürməsi ilə izah edirdilər. Bununla da utanmadan təcavüzkar siyasətlərinə bəraət qazandırmağa çalışırdılar. Lakin işğaldan sonra cərəyan edən hadisələr Ermənistanın durumu ilə bağlı reallıqları dünya ictimaiyyətinə nümayiş etdirdi. Öz əhalisini saxlaya bilməyən, aclıq və səfalət içində hökm sürən hakimiyyət 20 illik yarıtmaz fəaliyyəti ilə nəinki Dağlıq Qarabağı, heç Ermənistanı da təmin etmək iqtidarında olmadığını açıq şəkildə ortaya qoydu. Şovinist siyasəti, “türk düşməndir” devizi ilə yerli azərbaycanlıları öz dədə-baba torpaqlarından köçürən, tarixə sığmayan işgəncələrlə soyqırıma məruz qoyan ermənilər hansı ədalətdən danışırdı? Azərbaycan müxtəlif dini, milli azlıqları təşviq etməklə, dünyaya tolerantlığın yeni modelini təqdim etmiş, nəinki Qafqazın, həmçinin dünyanın dini, milli dözüm mərkəzinə çevrilmişdir. Şübhə yoxdur ki, indi belə Azərbaycanda erməni qanı daşıyan, lakin Azərbaycan hesabına dolanan, türk çörəyini yeyən insanlar çoxdur.  Budur : Azərbaycanın tolerantlıq modeli, Ermənistanın isə millətçi modeli...

Reallıq isə budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyildir , güclə ayaqda qalır.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2014-10-14 / 00:00
Facebook