Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin əvvəlcə "Rossiya 24" telekanalında Azərbaycanın gücü və düzgün siyasətini təsdiqləyən çıxışı, 26 sentyabr tarixində isə reallaşan Bakı səfəri Cənubi Qafazda Azərbaycan faktorunun gücünü bir daha sübut etdi. Belə ki, daim antiazərbaycan mövqeyində dayanan, ermənilərə dəstək verən tanınmış və qalmaqallı siyasətçinin bu addımı Azərbaycanın inkişaf strategiyasının daim izlənildiyini göstərdi. O, Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərərək ölkəmizin davamlı inkişaf və tərəqqi yolunda olduğunu etiraf etdi. Rus politoloq ölkənin bu cür sürətli və davamlı inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi Prezident seçməklə izah edib. Hansı ki, Vladimir Jirinovski zaman-zaman öz millətçi çıxışları, ermənipərəst mövqeyi ilə daim diqqət mərkəzində olub. Lakin real göstəricilər, inkişaf faktorları qatı bir siyasətçini belə hadisələri obyektiv qiymətləndirməyə vadar edir. Məhz buna görə, RLDP lideri millətçi baxışlarını arxa plana çəkərək, reallığı etiraf etməyə məcbur olub. Nəniki Azərbaycan paytaxtının, həmçinin regionların inkişafına toxunan Jirinovski digər post-sovet ölkələrinin də bundan ibrət götürməli olduqlarını deyib. “Azərbaycan yeganə ölkədir ki, bizdən nəsə qoparmaq istəmir”-deyə vurğulayan Vladimir Jirinovski bununla dolayısı ilə Azərbaycanın müstəqil siyasət yürütdüyünə eyham vurub. Dövlət başçısı İlham Əliyevlə görüşündə də politoloq Rusiya-Azərbaycan münasibətlərinin hər zaman yüksək əməkdaşlıq prizmasında inkişaf etdiyini vurğulamışdır. O, Bakı səfəri çərçivəsində keçirdiyi görüşlərdə, çıxışlarında Rusiyanın Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə hər zaman maraqlı olduğunu və buna can atdığını qeyd edib. Jirinovskinin bütün bunları etiraf etməsi hər bir həqiqəti göz önündə sərgiləməkdədir.
Nailə Məmmədova
Azerbaijan Realities