Azərbaycan reallıqlarının təbliği

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Regional lider olaraq xarakterizə olunan Respublikamız beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Müasir Azərbaycan dünya xəritəsində öz yerini təsdiqləmiş və dinamik inkişaf yolunu hədəfə almış dövlətdir.

Bu nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkə daxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu danılmazdır. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundanirəli gələrək yaradılmışdır. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Həyata keçirilən fəaliyyət Fondun bu amala sadiqliyini nümayiş etdirir.

Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Mehriban Əliyevanın təşəbbüsü əsasında yaradılmış Beynəlxalq Muğam Mərkəzi mədəni irsimizin qorunması istiqmətində atılmış əvəzsiz xidmətdir. Azərbaycan ədəbiyyatı və musiqi ənənələrinin beynəlxalq aləmdə tanınması, mədəniyyətimizin dünyəvi təbliği, incəsənət xadimlərimizin, Azərbaycanın qədim və zəngin mədəniyyət tarixinin tanıdılması Fondun fəaliyyətinin ayrılmaz bir hissəsinə çevrilmişdir.

Fondun rasional siyasəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.10 ilə yaxın tarixi dövrü əhatə edən Fondun səmərəli fəaliyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq spektrli tanıdılmasında və nümayişində qarant rolunda çıxış etmiş, subyektiv rəy və təhriflərin əsassızlığınısübut etmişdir.Azərbaycanın xarici siyasətinin uğurla reallaşmasındaHeydər Əliyev Fondunun xidmətləri əvəzsizdir.Bu fəaliyyət tək ölkə daxilində deyil, eləcə də ölkə hüdudlarından kənarda da çoxşaxəli olmaqla Azərbaycanın humanist mövqeyinin dünyəviqiymətləndirilməsinə, ölkəmizin beynəlxalq əhəmiyyətli uğurlara imza atmasına imkan yaradır.

Nailə Məmmədova
Azerbaijan Realities

2014-09-09 / 00:00
Facebook