Fevralın 23-də Azərbaycan Respublikası Prezidenti “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, www.azexport.az internet portalında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində təmin etsin.
Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, eləcə də qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin Portalda yaradılması üç ay müddətində təmin edilməlidir.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən “ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında tanınmış elektron imza sertifikatlarının Portala inteqrasiyasının təmin olunması ilə bağlı tədbirlərin görülməsi və digər məsələlər də sözügedən Fərmanda öz əksini tapıb.
Portalın əsasnaməsinin layihəsi üç ay müddətində hazırlanaraq, Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir. Bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün müvafiq qurumlara tapşırıqlar verilib.