
İsveçin müdafiə naziri Pol Yonson, eləcə də Norveç, Finlandiya, Litva və Niderland nümayəndələri, ümumilikdə, 400-dən çox “CV90” piyada döyüş maşınının (PDM) birgə satın alınmasına dair sazişin imzalanma mərasimində iştirak ediblər.
Bu barədə İsveç hökumət dəftərxanası məlumat yayıb.
Müqavilənin dəyəri 60 milyard krondan (5,87 milyard dollar) artıqdır.
Söhbət “CV9035 Mk IV” modifikasiyasından gedir. Saziş çərçivəsində İsveç 60 ədəd döyüş maşını əldə edəcək.
Texnikanın tədarükçüsü İsveçin Örnşöldsvik şəhərində yerləşən “BAE Systems Hägglunds” şirkətidir. Zirehli PDM bir qrup atıcını daşımaq imkanına malikdir, uzaq məsafələrdəki yerüstü hədəfləri məhv etmək üçün tank əleyhinə raket, həmçinin 35 millimetrlik top və pulemyotla təchiz olunub.