“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

 

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev ilə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Saşa Bakesin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

ASC-dən bildirilib ki, görüşdə AZURE layihəsinin icra vəziyyəti, ayrı-ayrı komponentlər üzrə görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər ətraflı müzakirə olunub.

Tərəflər, həmçinin Azərbaycanda genişmiqyaslı bərpaolunan enerji layihələrinin elektrik şəbəkəsinə inteqrasiyası və bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və gələcək tərəfdaşlıq imkanları da diqqət mərkəzində olub.

2026-10-21 / 18:14
Facebook