Zəngilanda "ağıllı kənd" hazırdır, sakinlər il ərzində köçürüləcək

 

“Bu ərazilərin bərpası olduqca ciddi vaxt tələb edir. Bildiyimiz kimi, 9 şəhər, az qala, tamamilə yer üzündən silinib”.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
O, artıq ilk "ağıllı kənd"in hazır olduğunu vurğulayıb: "İlk "ağıllı kənd", demək olar ki, Zəngilanda hazırdır. Sakinlər il ərzində ora köçürüləcək. Məsələ yalnız bu ərazilərə qayıdışdan ibarət deyil. Əsas məsələ bu ərazilərdə yaşayışı bərpa eləməkdir. Yaşam tərzini bərpa etmək üçün sosial infrastruktura ehtiyac var. Bu 30 il ərzində bütün dünya yeniliyə doğru dəyişib, bu ərazilər bundan sonra o 30 illik geriliyi aradan qaldırmalı, dünya ilə ayaqlaşmalıdır. Bu çox ağır və zaman alan prosesdir".
2022-05-19 / 16:32
Facebook