Azad edilmiş ərazilərin beşillik inkişafı proqramı hazırlanıb
"İşğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illərdə Dayanıqlı İnkişafı Proqramı hazırlanıb".
Bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda elmi-praktiki konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib.
Sahib Ələkbərov deyib ki, işğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illərdə Dayanıqlı İnkişafı Proqramı hazırlanaraq müvafiq qaydada təqdim olunub.