Azərbaycanın Türkiyə ilə ticarətinin həcmi 4 mlrd. dolları ötüb

 

Azərbaycanın Türkiyə ilə ticarətinin həcmi 4 mlrd. dolları ötüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,181 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 6,9% artıb.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,530 mlrd. dollar, idxal isə 1,652 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 0,9%, idxal isə 17,7% artıb.

Nəticədə, 2021-ci ilin yanvar-noyabr aylarında 877,837 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 20,4% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

2021-12-21 / 12:09
Facebook