Türkiyə Azərbaycanın arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşü zamanı deyib.
Nazir bildirib ki, bu iqtisadi-ticarət əməkdaşlığın gücləndirilməsinə əlavə stimul yaradacaq.
Öz növbəsində Türkiyənin ticarət naziri ölkələrin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, M. Muş Bakıya səfəri çərçivəsində ötən gün Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak edib.