Dekabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin strukturları arasında beş memorandum və sazişin imzalanması mərasimi keçirilib.
Sənədlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gürcüstan Ticarət-Sənaye Palatasının rəhbərləri, Azərbaycan Ticarət-Sənaye Palatasının və Gürcüstan Ticarət-Sənaye Palatasının rəhbərləri, eləcə də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi nümayəndələri, "AzŞəkər" və "Bayburt Qrup" nümayəndələri arasında imzalanıb.
Bundan başqa Azәrbaycan Respublikasının Kiçik vә Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vә Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.