Şəmkirdə istixanalarda yetişdirilən xiyar Rusiya bazarlarına çıxarılır

15066656425408617087_1000x669

Şəmkir istixana şəraitində tərəvəz yetişdirən rayonlar arasında ön sırada dayanır. Yetişdirilən məhsulun çox hissəsi də Rusiya bazarlarına ixrac olunur. Sentyabr-oktyabr aylarında istixanalarda yetişdirilən xiyarın “kuraş” sortuna Rusiya bazarlarında daha çox tələbat var. Bir hektar istixanaya 100 min şitil əkilir. Hər şitildən 8-10 kiloqram məhsul əldə olunur ki, bu da hektardan 80-100 ton məhsul deməkdir.

Şəmkir “Fud Ekspo” şirkətinin təmsilçisi Elgün Musabəyli deyib: “Şəmkir rayonunda kənd təsərrüfatı məhsullarının ixracı və becərilməsi ilə məşğuluq. Daha çox xiyar və pomidor yetişdiririk. Dekabrda əkdiyimiz pomidor iyun ayınadək dərilir. Daha sonra sentyabrda xiyar toxumu səpilir. Gördüyünüz kimi, məhsulumuz da boldur. Məhsullarımız daxili bazarda və Rusiya bazarlarında satılır”.

Bir hektar istixanada 12 nəfər çalışır. Məhsul yığımı vaxtı işçilərin sayı 40-50 nəfərə çatdırılır. İşçilər işə gedib-gəlmək üçün maşınla, həm də gündə 2-3 dəfə yeməklə təmin olunurlar.

2017-09-29 / 10:19
Facebook