Türkiyə Milli Kitabxanasındakı Azərbaycan fondu yeni nəşrlərlə zənginləşdirilib

 

Türkiyədəki səfirliyimiz və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyə Milli Kitabxanasındakı Azərbaycan fondu yeni nəşrlərlə zənginləşdirilib.

Bu məqsədlə Türkiyə Milli Kitabxanasına Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərlə bağlı 78 adda nəşrlər hədiyyə olaraq verilib. Bundan əlavə, kitabxanaya Heydər Əliyev Fondunun nəşrləri, eləcə də Mədəniyyət Nazirliyinin layihəsi əsasında reallaşdırılmış nəşrlər hədiyyə edilib.

Türkiyə Milli Kitabxanasına hədiyyə edilən nəşrlərdən ibarət sərginin açılışı olub. Kitabxananın direktor müavini Mehmet Ertürk Azərbaycana dair nəşrlərə kitabxanada daim böyük maraq və tələb olduğunu vurğulayıb. O, hədiyyə olunan zəngin kitab kolleksiyasına görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

2024-11-29 / 19:20
Facebook