Xəbər verildiyi kimi, sentyabrın 6-da San-Fransiskoda vəfat etmiş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə onun vəsiyyətinə əsasən vətəni Azərbaycanda dəfn ediləcək.
Lütfi Zadənin nəşi sentyabrın 26-da axşam San-Fransiskodan Bakıya göndərilib. Gözlənildiyinə görə, mərhumun cənazəsi sentyabrın 29-da Bakıya çatdırılacaq.
Qeyd edək ki, Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.
Vida mərasimindən sonra mərhum I Fəxri xiyabanda dəfn ediləcək.