Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi tərəfindən milli azlıqların məskunlaşdıqları bölgələrdə “1+4” layihəsi çərçivəsində iki dil bilən gənclər üçün təşkil olunan staj proqramı başa çatıb.
Sentyabrın 26-da layihənin nəticələri elan olunub, proqramı bitirən gənclərə sertifikatlar təqdim olunub.
Mərasimdə çıxış edən dövlət naziri Ketevan Sixelaşvili deyib ki, layihənin əsas məqsədi milli azlıqların yaşadıqları bölgələrdə təhsilin keyfiyyətini yüksəltmək, milli azlıqların nümayəndəsi olan gənclərin, müəllimlərin işlə təmin olunmasına köməklik göstərmək, gənclərin pedaqoji təhsilə marağını artırmaqdır. O deyib ki, Elm və Təhsil Nazirliyi də layihəni dəstəkləyib.
Bildirilib ki, müsabiqə 54 nəfər gənc iştirak edib, onların 20-si azərbaycanlıdır. Azərbaycanlı gənclər əsasən paytaxt Tbilisi bələdiyyəsində, İctimai televiziyada, Gürcüstan Milli Müdafiə Akademiyasında, İdman və Gənclər Nazirliyində, həmçinin məktəblərdə staj keçiblər.
Paytaxtdan kənarda staj proqramında iştirak edən gənclərə müəyyən həcmdə əmək haqqı da verilib.
Milli azlıqların nümayəndələri Gürcüstan hökumətinin bu addımını yüksək qiymətləndiriblər