Sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də Azərbaycana payız fəsli qədəm qoyub.
Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Günəş isə şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək.
Qış fəsli isə ölkəmizə dekabrın 21-i yerli vaxtla saat 20.28-də gələcək.