“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclər üçün yol xəritəsidir

15059951563634349439_1000x669

Xocavənd Rayon Təhsil Şöbəsində gənclərin iştirakı ilə keçirilən “İnformasiya saatı”nda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı müzakirə olunub.

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev və başqaları çıxış edərək, Dövlət Proqramının məqsəd və vəzifələri, əsas hədəflər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır. Bu proqram gəncləri müasir dünyanın tələblərinə uyğun yetişdirməyi hədəfləməklə yanaşı, həm də onların milli-mənəvi dəyərlər, milli dövlətçilik ruhunda formalaşmasını da qarşıya məqsəd kimi qoyub. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, elmi-mədəni inkişafı, beynəlxalq əməkdaşlıq məsələləri, yaradıcı gənclərin ideyalarının dəstəklənməsi, gənclərin sahibkarlıq təşəbbüslərinə diqqət ayrılması, gənclər təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi kimi bir sıra mühüm istiqamətlər Dövlət Proqramının ana xəttini təşkil edir.

Diqqətə çatdırılıb ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi Prezident İlham Əliyevin ölkə gənclərinə daha bir hədiyyəsi, eyni zamanda, həyata keçirilən dövlət gənclər siyasətinin məntiqi davamıdır. Bu proqram gənclərin yeni dövrün çağırışlarına adekvat inkişafını hədəfləməklə yanaşı, həm də gənclər qarşısında bir sıra mühüm vəzifələr də müəyyənləşdirir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

2017-09-21 / 16:08
Facebook