Sentyabrın 20-dək ölkə üzrə pambıq tədarükü 14 min 988,88 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu birincidir. Rayonun fermerləri tarlalardan 3617,60 ton məhsul yığıblar. Sabirabadda 2128,03 ton, Biləsuvarda 1481,23 ton, Beyləqanda 1143,50 ton, Neftçalada 912,50 ton pambıq tədarük olunub.
Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda əkilib (17220 hektar). Sonrakı yerlərdə İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçala rayonları (11111 hektar) gəlir.