Sumqayıtda məcburi köçkünlər üçün salınan şəhərcikdə tikinti işləri sürətlənib

15058037794720323186_1000x669

Sumqayıtda şəhərin 12-ci mikrorayon ərazisində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış binalarının tikintisi davam etdirilir. Tikinti işlərinin sürətləndirilməsi üçün əraziyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub.

Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş 2017-ci il 9 mart tarixli müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra edilir.

Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük şəhərcik salınır. Yaşayış binalarının altısı 8, ikisi 14, ikisi isə 15 mərtəbəli olacaq. Bu binalarda, ümumilikdə, 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i üç, 520-si iki, 138-i isə birotaqlıdır.

Qeyd edək ki, Sumqayıtda işğal altında olan ayrı-ayrı rayonlardan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. İlkin mərhələdə Sumqayıt şəhərində otel, məktəb və uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlər yeni binalardakı mənzillərlə təmin ediləcək.

2017-09-19 / 12:47
Facebook