DİA-nın “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə birinci kurs tələbələri ilk mühazirəni dinləyiblər

1505807413488259481_1000x669

Sentyabrn 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə DİA-ya 2017- 2018-ci tədris ilində qəbul olunan birinci kurs tələbələri ilk mühazirəni dinləyiblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Rektor Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

Azərbaycanda qazanılan nailiyyətlərdən bəhs edən akademik U.Ələkbərov ölkəmizin iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin əsas hədəfləri, eləcə də davamlı inkişafa təsir göstərən amilləri müqayisəli təhlil edib

2017-09-19 / 11:56
Facebook