Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri Bakıda, “Alov qüllələri” kompleksində xüsusi taktiki təlim keçirəcək.
FHN-nin mətbuat xidmətindən bildiriblər ki, “İnsanların təxliyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda təlimə nazirliyin 6 ədəd xüsusi texnikası və 40 nəfərlik canlı qüvvəsi cəlb olunacaq.
Təlim sentyabrın 18-də saat 15:00-da başlayacaq.