Zaqatala rayon Heydər Əliyev Mərkəzində milli filmlərimizin nümayişinə başlanılıb

15057305333735410279_1000x669

Sentyabrın ikinci yarısından etibarən hər həftənin bazar ertəsi günü Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində kinosevərlər üçün Azərbaycan kinematoqrafçılarının istehsalı olan bədii, sənədli və cizgi filmləri nümayiş etdiriləcək.

Bu barədə Mərkəzin direktoru Famil Rəhimov məlumat verib.

Kino mövsümünün başlanması münasibətilə Mərkəzdə ilk olaraq kinosevərlərə “Azərbaycanfilm”in istehsalı olan, rejissor İlqar Nəcəfin çəkdiyi “Buta” bədii filmi təqdim olunub. Filmin nümayişindən əvvəl Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Zaqatala rayonu üzrə baş məsləhətçisi Zümrüd Ağakişiyeva və Mərkəzin direktoru Famil Rəhimov kinosevərlərə milli kinomuzun yaranma tarixi, keçdiyi şərəfli yol, qazanılan uğurlar barədə geniş məlumat veriblər.

Bildirilib ki, milli filmlərimiz Mərkəzlə yanaşı, rayonun digər mədəniyyət müəssisələrində də nümayiş etdiriləcək.

2017-09-18 / 14:30
Facebook