Sumqayıt ilə Rustavi şəhərləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

15057217914843212974_1000x669

Sumqayıt şəhərinin nümayəndə heyəti sentyabrın 14-dən 17-dək Gürcüstanın Rustavi şəhərində keçirilən Şəhər günü bayramına qatılıb, hər iki şəhər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Səfərdən qayıdan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov bildirib ki, 1972–ci ildən qardaşlaşmış şəhərlər olan Sumqayıtla Rustavini dostluq telləri birləşdirir. Hər iki dövlətin iri sənaye şəhərləri arasındakı dost münasibətlər gündən-günə möhkəmlənir və genişlənir. Nümayəndə heyəti qardaş şəhərdə bir sıra rəsmi görüşlərdə də iştirak edib.

Həmçinin Rustavidə bayram tədbirləri çərçivəsində hər iki şəhər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov və Rustavi şəhərinin meri David Cikiya imzalayıb.

İmzalama mərasimində qardaşlaşmış şəhərlər arasında çoxillik mədəni və iqtisadi əlaqələrin olduğu bildirilib. Gələcəkdə iki şəhər arasında münasibətlərin daha da intensivləşəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, Sumqayıtı dünyanın 11 ölkəsinin 13 şəhəri ilə qardaşlıq, tərəfdaşlıq əlaqələri birləşdirir.

2017-09-18 / 12:05
Facebook