Bakıda “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans işə başlayıb

15057203855026230070_1000x669

Sentyabrın 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” adlı konfrans işə başlayıb.

Tədbirdə DQİDK-nın, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşları, Yeni Azərbaycan Partiyasının (YAP) fəal gəncləri, eləcə də dini icmaların nümayəndələri iştirak edirlər.

Konfransda Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyəti, İslam ümmətində birliyin təbliği və təşviqi, dini radikalizmə qarşı İslam həmrəyliyi, eləcə də bu sahədə görülən tədbirlərin səmərəliliyinin artırılması barədə müzakirələr aparılıb.

2017-09-18 / 11:48
Facebook