Dubay-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajı növbəti reys ilə gətiriləcək.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Məlumat verilib ki, Dubay Beynəlxalq Aeroportunda (DXB) baş vermiş fövqəladə hal ilə əlaqədar olaraq, “J2-012” Dubay-Bakı aviareysi ilə səyahət edən sərnişinlərin baqajı təyyarəyə yüklənməyib. Yüklər növbəti reyslər ilə Bakıya çatdırılacaq.
AZAL yaranmış narahatçılığa görə sərnişinlərdən üzr istəyir.