Binəqədi rayonunda Qurban bayramına həsr olunmuş humanitar aksiya keçirilib

1504175355363076024_1000x669

İslam dünyasının müqəddəs Qurban bayramı münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, aksiya zamanı rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha qocalar, ahıllar və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Tədbirdə çıxış edənlər həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərlər aşılayan Qurban bayramı münasibətilə sakinləri təbrik ediblər. Ümumilikdə humanitar aksiyada 1500-dən artıq ailəyə qurban əti paylanılib.

2017-08-31 / 15:21
Facebook