Füzuli rayonunda torpaqların təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib

1503901421423285849_1000x669

Füzuli rayonunda torpaqların təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib.

Rayon icra hakimiyyətindən bildiriblər ki, rayonun işğaldan azad olunmuş ərazilərində torpaqların təyinatına uyğun istifadə olunması üçün hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların, bələdiyyələrin iştirakı ilə müşavirə keçirilib. Müşavidə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun istifadə olunması məsələləri ətraflı müzakirə olunub. Yerlərdə torpaq istifadəçiləri ilə keçirilən görüşlərdə torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunub, bu sahədə maarifləndirmə işi aparılıb.

Qeyd edilib ki, dövlət başçısının torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində əvvəllər kortəbii şəkildə istifadə olunan ərazilərdə 4 iri taxılçılıq təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlarda hər hektardan orta hesabla 35 sentnerdən artıq məhsul götürülüb. 2700 hektar sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarnın istehsalı üçün Aqroparkın istifadəsinə verilib. 500 hektar sahə isə cari ildə toxumçuluq məqsədilə istifadəyə veriləcək.

Keçirilən görüş və yığıncaqlarda bələdiyyə mülkiyyətində, həmçinin şəxsi mülkiyyətdə olan torpaqlardan da maksimum səmərəli istifadə olunması, torpağın münbitliyinin və məhsuldarlığının artırılması yolları müzakirə edilib, torpaq istifadəçilərinə tövsiyələr verilib.

2017-08-28 / 11:24
Facebook