Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

1503479298936559062_1000x669

Quba rayonunun əsas turizm zonalarından sayılan Qəçrəş kəndində 256 nömrə tutumlu “KAREL” tipli yeni elektron ATS binası tikilərək istifadəyə verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti rayon ərazisində əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işləri davam etdirir. Həyata keçirilən işlər çərçivəsində QubaTelekommunikasiya Qovşağının xidməti ərazisindəki elektron ATS-lərin xətt şəbəkəsi texniki normaya gətirilir, köhnə avadanlıqlar yeni daha müasirləri ilə əvəz olunur, port tutumu və nömrə resursları artırılır.

Genişzolaqlı internetə olan tələbatı nəzərə alaraq kənd elektron ATS-lərində də mövcud port tutumunun artırılması üçün zəruri işlər görülür. Rayonun Güləzi, Hacıhüseynli, Küpçal, Rustov, Çiçi, Zərqova, Alekseyevka kəndlərinin elektron ATS-lərində ən son texnologiyaya əsaslanan internet avadanlığı olan DSLAM (Digital Subscriber Line Access Multiplexer - Rəqəmli Abunəçi Çıxış Multipleksoru) quraşdırılıb.

Həyata keçirilən işlərin nəticəsi olaraq Quba rayonu üzrə internet istifadəçilərinin sayı 30 faiz artıb.

2017-08-23 / 14:10
Facebook