Ulu Öndərin hakimiyyəti illəri Azərbaycanda dönüş, dirçəliş dövrü kimi tarixə düşüb

14999475424760744286_1000x669

Şamaxıda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları - rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər əvvəlcə müasir, müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Vurğulanıb ki, Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublikamızda rəhbərliyə gəlməsi ən yeni tariximizin dönüş mərhələsinin başlanğıcı olub, eyni zamanda, Azərbaycan dövlətçiliyi ideyasının reallaşdırılmasının möhkəm əsaslarını yaradıb.

Sonra icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi və fəaliyyəti ilə bağlı çıxış edib. Ulu Öndərin hakimiyyəti illərinin Azərbaycanda dönüş, dirçəliş dövrü olduğunu vurğulayan natiq, məhz 1969-cu ilin 14 iyulundan başlayaraq respublika həyatının bütün sahələrində köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 1993-2003-cü illərdə ölkəmizə yenidən rəhbərlik edən Ulu Öndər müstəqil dövlətimizin qurucusu, yaradıcısı kimi Azərbaycan tarixində özünəməxsus yer tutub. Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti onun 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. 48 il bundan əvvəl başlanan yol bundan sonra da Azərbaycan üçün aparıcı yol olacaq və Azərbaycan xalqı daim ulu öndər Heydər Əliyevin yolu ilə gedəcək.

Tədbirdə çıxış edənlər Ümummilli Liderin Azərbaycanda dövlətçiliyin fundamental əsaslarını yaratmasından danışıb, bu siyasətin dahi rəhbərin davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildiriblər.

2017-07-13 / 17:35
Facebook