Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər


14942354615627117357_1000x669

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər zirvəsi”nə yürüş ediblər.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yürüşdə iştirak edən əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini dərin ehtiramla yad edib və məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakıdan dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüş başlanılıb. Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.

Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 6-da “Heydər zirvəsi”nə qalxaraq Ulu Öndərin əziz xatirəsini yad ediblər və Azərbaycanın dövlət bayrağını ucaldıblar.

2017-05-08 / 14:47
Facebook