Budapeştdə TDT Ağsaqqallar Şurasının 16-cı iclası keçirilib

 

Macarıstan paytaxtında Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 16-cı iclası keçirilib.

TDT-yə üzv ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın TDT Ağsaqqallar Şurasında nümayəndəsi Həsən Həsənov iclasda iştirak ediblər.

İclasda türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub. Çıxış edən nümayəndələr – Həsən Həsənov (Azərbaycan), Binəli Yıldırım (Türkiyə), Qurbanqulu Berdiməhəmmədov (Türkmənistan) və digər Şura üzvləri son illər bu istiqamətdə atılan addımları yüksək qiymətləndiriblər.

İclasda 2024-cü ildə Aşqabadda keçirilən 15-ci iclasın qərarlarının yerinə yetirilməsi, türk dövlətlərinin əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb. Eyni zamanda, iştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə görə TDT-də müşahidəçi statusunda iştirak edən Macarıstana təşəkkür ediblər.

2024-11-30 / 14:24
Facebook