
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı təqdim olunub.
Filarmoniyadan bildirilib ki, konsertdə orkestr Fuad İbrahimovun dirijorluğu ilə klassik musiqi nümunələrini səsləndirib.
Proqram çərçivəsində A. Dvořákın “İki vals” op. 54, P. Hindemithin “Beş pyes” op. 44, J. Sibeliusun “İmpromptu” op. 5 və A. Foote-un Mi major süitası op. 63 əsərləri ifa olunub.